Maliyyə xidmətləri

Maliyyə hər bir şirkətin ən mühüm biznes funksiyası, mühasibatlıq isə “biznesin dili” sayılır. O səbəbdən biznesi əhatə edən rəqəmlərin və maliyyə hesabatlarının başa düşülməsi hər bir menecer üçün olduqca vacibdir. Dövri olaraq hazırlanan maliyyə hesabatları şirkətin maliyyə durumunu, fəaliyyətinin nəticələrini əks etdirir. Qeyd edək ki, şirkətin əsas portretini təsvir edən 3 əsas maliyyə hesabatı aşağıdakılardır:

  • Maliyyə fəaliyyəti haqqında hesabat (mənfəət və zərər hesabatı – P&L);
  • Maliyyə nəticələri haqında hesabat (balans hesabatı – balance sheet);
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (cash flow).
  1. I.  Mənfəət və zərər hesabatı şirkətin dövr ərzində nə itirib nə qazandığını (gəlirləri və xərcləri) təsvir edir.
  2. II. Balans hesabatı isə dövr ərzindəki fəaliyyəti yox, konkret ana olan vəziyyəti (hesabların qalığını) göstərir.

III.  Pul vəsaitlərinin hərəkəti hesabatı pul vəsaitlərin dövr ərzindəki hərəkətini təsvir edir.

Pul vəsaitlərinin hesabatının meydana gəlməsinin əsas səbəbi pulun şirkət üçün kəsb etdiyi əhəmiyyətlə bağlıdır. Bəzən şir­kətlər mənfəətlə işlədiyi halda pul çatışmazlığından əziyyət çəkirlər. Ona görə şirkətlər pul vəsaitinin idarə olun­masına və hesabatlığına xüsusi diqqət yetirilməlidir.

Biznesi və ya biznes vahidini idarə edən menecer vaxtaşırı olaraq biznesin performansını müəyyən etmək üçün bu maliyyə hesabatlarına diqqət yetirməli, qərarların qəbul olunmasında bu hesabatlara əsaslanmalıdır. Bunun üçün isə etibarlı və real rəqəmlərə əsaslanan hesabatlar tərtib olunmalıdır.

“Novotech İnternational” MMCnin peşəkar və təcrübəli maliyəçiləri tərəfindən Sizə maliyyə sahəsində müvafiq köməklik göstəriləcəkdir.